![](https://azedu.az/uploads/news/2018/04/15233508812964558850_1000x669.jpg)
Paytaxt məktəbliləri milli rəqslər üzrə Avropa çempionatında iştirak ediblər.
AzEDU.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri Moskvada 53 ölkədən beş mindən çox rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə ilk beşlikdə qərarlaşıblar.
Çempionatda 145 nömrəli tam orta məktəbin şagirdi Emilya Məmmədova və 236 nömrəli tam orta məktəbin şagirdi Zəhra Quliyeva qrup tərkibində ifa etdikləri rəqsə görə ikinci yerə layiq görülüblər. Həmçinin Z.Quliyeva fərdi proqramda da uğurla çıxış edib.
Yarışda duet rəqslər üzrə 283 nömrəli tam orta məktəbin şagirdi Ayla Güləlizadə ikinci, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nərgiz Məmmədova üçüncü yeri tutublar. Klassik Gimnaziyanın digər şagirdi Nuray Hüseynli isə fərdi çıxışına görə ikinci yerə layiq görülüb.
Çempionatda həmçinin Klassik Gimnaziyanın şagirdləri Nərgiz Məmmədova ilə Nuray Hüseynli, eləcə də 1 nömrəli tam orta məktəbin şagirdi Fidan Əzizova, 157 nömrəli tam orta məktəbin şagirdi Aysu Nəsirli, 164 nömrəli tam orta məktəbin şagirdi Aylin Əliyeva, 189-190 nömrəli tam orta məktəbin şagirdi Xədicə İsrafilova, 20 nömrəli məktəb-liseyin şagirdləri Selin Hüseynli ilə Aylin Hüseynli qrup rəqsləri üzrə beçinci yeri tutublar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)