Azedu.az

Qeyri-neft sektorunun inkişafı üçün dərslik nəşr olunub

Ali təhsil

Müəllimlər və elm adamları

7 Aprel 2018, 13:16
Qeyri-neft sektorunun inkişafı üçün dərslik nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyev və Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasovun həmmüəllifi olduqları “Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərs vəsaiti çapdan çıxıb.

AzEdu.az xəbər verir ki, dərs vəsaitində qeyri-neft sənayesinin xarakterik xüsusiyyətləri, strukturu, formalaşmasının əsas prinsipləri, milli iqtisadiyyatdakı rolu və əhəmiyyəti göstərilib, qeyri-neft sənaye sahələrinin təkamül yolu ilə inkişafı, ixrac potensialı çoxillik statistik məlumatlar əsasında kompleks şəkildə təhlil edilib.

Nəşrdə, eyni zamanda, aqrar sənaye kompleksinin formalaşması, rabitə və informasiya texnologiyalarının, tikinti sənayesinin inkişafı məntiqi ardıcıllıqla verilib, qeyri-neft sənayesində sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı istiqamətləri açıqlanıb.

Dərs vəsaiti tələbələr, doktorantlar və mütəxəssislər üçün nəzərdə tutulub.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox