Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 10:23:25
Bu fakültəni bitirənlər avtobus sürücüsü olur - Tələbələr arasında xanım da var

 Türkiyənin Dumlupınar Universitetində “Avtobus kapitanlığı” proqramı fəaliyyət göstərir.

AzEDU.az xarici mətbuata istinadən xəbər verir ki, burada təhsil alan tələbələrə avtobus sürücülüyü öyrədilir. Buradan hər il 30 tələbə məzun olur. Onlar, kampusdakı müəllimlərin nəzarəti ilə avtobusu idarə etməyi öyrənirlər.

30226712_2056488621261459_8438188947846201344_n.jpg

Bu proqramın yeganə xanım tələbəsi isə 22 yaşlı Sündüz Sösanlıdır. O, bu ixtisası öz istəyi ilə seçdiyini, amma öncə də maşınlara qarşı xüsusi marağının olduğunu qeyd edib. O, ikiillik proqramın sonuncu sinfindədir. Fakültə dekanı Dr. Hkan Kara isə 1996-cı ildə fəaliyyətə başlamış fakültə ilə bağlı məlumat verib: “Türkiyənin çatdırılma problemlərini yoluna qoya biləcək nadir fakültələrdənik. Dünyada və Türkiyə bu ixtisası tədris edən ikinci universitet yoxdur. Universitetimizdə açılan kapitanlıq proqramı digər ali təhsil müəssisələrinin də bu yöndə rəqabətə başlamasına səbəb olub. 30 tələbə qəbul edirik. Burada tək gündüzlər yox, gecələr də tədris aparılır. Yetişdirdiyimiz tələbələr bu sahədə tam bilik sahibi olurlar. Yalnız avtobus sürmək deyil, həm də ictimaiyyətlə əlaqələr, sürücü psixologiyası, sürücü rəftarı kimi fənlər də tədris olunur”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları