Şamaxıda vulkan püskürməsi ərazisində AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən tədqiqat aparılır.
Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.
Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 06:25-də Şamaxı rayonunun Quşçu kəndi ərazisindəki “Quşçu” palçıq vulkanında baş verən püskürmə 1 dəqiqə 30 saniyə davam edib.
“Quşçu” palçıq vulkanı sonuncu dəfə 2018-ci ildə püskürmüşdü.