Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-10 15:16:00
Magistraturaya imtahanlarında xarici dil seçimi necə edilir?-Rəsmi cavab

 

Sabah ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu yekunlaşacaq.

Elektron sənəd qəbulu ilə əlaqədar ən çox verilən suallardan biri də xarici dil seçimi ilə bağlıdır.

Bakalavr  hər iki mərhələdə fərqli xarici dildən imtahan verə bilərmi?

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, bakalavrlara imtahan verəcəkləri dili seçmək hüququ, yalnız imtahanın birinci mərhələsindən əvvəl elektron ərizə doldurularkən verilir. Məlumatda qeyd olunur ki, imtahanın hər iki mərhələsi də həmin dildə verilməlidir.  

Yəni, elektron ərizənizdə hansı xarici dili seçsəniz, imtahanın hər iki mərhələsini də həmin dildə verməlisiniz.

Qeyd edək ki, hazırki göstəricilərə görə, ərizəsini təsdiq edənlərin sayı 9 mindən çoxdur.

  

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları