![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_1492295443_11536753383_170.jpg)
"Təhsilin keyfiyyətini artırmaq üçün qanun dəyişməlidir"
Bunu AzEdu.az-a açıqlamasında Ümid Partiyasının sədri İaqbal Ağazadə deyib. O, universitetlərdə təhsilin yüksəldilməsi üçün qanunun dəyişdirilməsinin vacib olduğunu vurğulayır:
“Əvvəl təhsilin səviyyəsini və keyfiyyətini artıra bilən düzgün təhsil qanunu qəbul olunmalıdır. Daha sonra nazir və rektor təhsilin keyfiyyətinin artırılmasını təmin etməlidir.
Azərbaycanda müəkəmməl təhsil qanunu yoxdur. Mövcud təhsil qanunu sovet təhsili və balonya təhsil sisteminin sintezindən ibarətdir ki, heç biri ilə dolğun təhsil konsepsiyası götürmək mümkün deyil.
Mən hesab edirəm ki, təhsilin keyfiyyətini xırda məsələlərlə qaldırmaq mümkün deyil təhsilin keyfiyyətini qaldırmaq üçün qanun dəyişməlidir. Əks halda görülən işlər heç nəyi dəyişə bilməz yalnız xırda dəyişiklər ola bilər.
Xırda dəyişiklərə nümunə olaraq, müəllim rektor tələbə münasibətləri səmimi münasibətlər sisteminə keçə bilər. Bunu üçün kifayət qədər addımlar atmaq mümkündür. Birincisi insan kimi davranmaq olar. Vəzifəyə qoyulan şəxs anlmalıdır ki, o həmin vəzifəyə xidmət etmək üçün qoyulmuşdur.Amma insanlarda belə bir xüsusiyyət var ki şəxs vəzifəyə qoyulubsa deməli hamı ona xidmət etməlidir. Əvvəl bu yanaşmanı dəyişmək lazımdır. Mən hesab edirəm ki, təhsilin keyfiyyətini xırda məsələlərlə qaldırmaq mümkün deyil təhsilin keyfiyyətini qaldırmaq üçün qanun dəyişməlidir”.
Rəna Nəbi
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)