Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 13:00:00
Dərslər dayandırıldı - Qasırğa var

Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb.

AzEdu.az-ın məlumatına görə, səhər saatlarından başlayaraq ölkənin cənub-qərbində güclü küləklər əsir.

Bildirilir ki, qeyri-sabit hava daha çox Antalyada müşahidə olunur. Qeyd olunur ki, bölgədə küləyin sürəti saatda 200 kilometrə çatır.

Hər hansı bir fəsad və ya itkilər barədə hələlik məlumat verilmir.