Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 11:34:35
“Sosial media dərsinin effektli olacağını düşünmürəm” - Millət vəkili

“Orta və ali məktəblərdə müəyyən olunan dərslər oxunurmu ki, əlavə olaraq sosial şəbəkələrdən düzgün istifadə də öyrədilsin?”

AzEdu.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa şəxsi feysbuk hesabında deyib.

O, sosial şəbəkələrdən düzgün istifadə qaydalarının və ya bu platformalarda etik normalara riayət edilməsini əks etdirən dərslərin keçirilməsinə münasibət bildirərkən qeyd edib ki, sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənmək üçün xüsusi bilgilər vacib deyil:

“Sosial şəbəkədə mədəni davranmaq üçün təhsilli olmaq lazımdır. Mədəniyyətsiz danışmaq, təhqiredici ifadələr yazmaq üçün isə təhsilsiz olmaq kifayətdir. Xüsusi dərs keçməyə heç bir ehtiyac yoxdur.

Səviyyəli insanlar sosial şəbəkələrdə də faydalı işlər görür, faydalı paylaşımlar edir. Əyləncə, başını qatmaq üçün sosial şəbəkə istifadə edənlər isə ancaq şəbəkələri “çirkləndirir”.

Orta və ali məktəblərdə dərslər ayırmaqla sosial şəbəkələrdə düzgün davranış qaydaları öyrətmək olmayacaq. Bu sadəcə gəlişi gözəl təklifdir, effektli olacağını düşünmürəm”.