![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_51251581_533009843876259_7835342063959801856_n_556.jpg)
AzEdu.az orta məktəb direktorları ilə silsilə müsahibələrə start verir. Direktorlarla səmimi söhbət zamanı yalnız onların şəxsi düşüncələrini deyil, şagird, valideyn və müəllimlər barədə praktiki fikirlərini də dinləyəcəyik.
“Vicdanım yol vermədi ki, dərs saatı götürüm”
Bu sözləri də elə ilk həmsöhbətimiz Bakı şəhəri 283 nömrəli orta məktəbin direktoru Tünzalə Zeynalova müsahibəsində deyib. AzEdu.azonunla müsahibənin qısa anonsunu təqdim edir:
“Necə ola bilər ki, müəlliminin dərs saatı az olduğu halda sən dərs deyəsən?”
Tünzalə xanım müsahibədə bildirib ki, direktorun dərs deməsini hüquqi cəhətdən düzgün hesab etmir:
“Çünki belə olduqda məktəb direktoru ştatda iki cür oturmuş olur: müəlim və direktor kimi. Müəllim isə bir ştatdadır və yalnız müəlimdir. Əgərsaat azdısa, inzibati heyətin dərs götürməsi hüquqi cəhətdən düzgün deyil. Düzü, hətta mən bunu mənəvi cəhətdən də düzgün hesab etmirəm. Necə ola bilər ki, müəlliminin dərs saatı az olduğu halda sən dərs deyəsən?
Məktəbdə bölgü zamanı mənə də dərs saatı təklif etdilər. Amma mənim vicdanım yol vermədi ki, dərs götürüm. Əslində, ürəyimdə qalmışdı. Şagirdlə ünsiyyət, doğmalıq mənim üçün hər şeydir. Bu səmimiyyətdən, auditoriyadan uzaqlaşmaq istəməzdim. Hərhalda mənim kifayət qədər təcrübəm, bazam var, dərsin də öhdəsindən gələrdim. Amma bununla belə direktorun saat az olduğu halda özünə dərs götürməsini qəbul etmirəm.
İnanın,dərs deməyə direktorun heç vaxtı da çatmır. Onun nə qədər zamanı var ki, hələ bir dərsə də hazırlaşa bilsin”.
Qeyd edək ki, AzEdu.az 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova ilə müsahibəni yaxın vaxtda yayımlayacaq.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)