Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 13:33:00
Bəzi ali məktəblərdən tələbələrin transferi yalnız bu halda mümkündür – Rəsmi

Artıq tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses fevralın 7-dək davam edəcək. 

AzEdu.az transferlə bağlı tez-tez ünvanlanan suala cavabı təqdim edir:

Hərbi akademiyalarda oxuyan şəxslər mülki məktəblərə transfer oluna bilərlərmi?

Xüsusi ali hərbi mektəblər transfer üçün müraciət edə bilməzlər.

Bu barədə AzEdu.az Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki,  əgər tələbə səhhətinə görə məktəbdən uzaqlaşdırılıbsa, belə olan halda hansısa mülki ali məktəbə transfer olunmaq mümkündür. Bu halda tələbə, köçürülmək istədiyi ali məktəbə müraciət etməlidir. Həmin məktəb də Təhsil Nazirliyinə müraciət edərək, tələbənin bərpa olunub-oluna bilməyəcəyi haqda dəqiq məlumat almalıdır.

Qeyd edək ki, köçürülmək istəyən tələbə öncə transfer.edu.az portalına daxil olmalı, sistemdə qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifədə olan “sistemdə      qeydiyyatdan keç” bölməsinə daxil olmaq lazımdır. Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistemin təklif etdiyi iki variantdan birini seçmək mümkündür: Azərbaycan və ya Xarici ölkə universitetlərində təhsil alanlar.