Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 22:21:00
AzEdu.az əməkdaşının Cümhuriyyətlə bağlı kitabının təqdimatı keçiriləcək

30 yanvar 2019-cu ildə Bakı Konqres Mərkəzində "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihənin yekun tədbiri keçiriləcək. AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək "Cümhuriyyət - anılar və anlar" adlı, 416 səhifəlik kitab nəşr edilib. Habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədə kitabın təqdimat törəni keçirilib. Həmçinin, türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarx hazırlanıb. 30 yanvarda millət vəkillərinin, alimlərin, yazarların və ictimai faəl gənclərin iştirakı ilə keçiriləcək tədbirdə sözügedən kitab və video-çarx ictimaiyyət nümayəndələrinə təqdim ediləcək, habelə gənc şairlər öz şeirləri ilə çıxış edəcək.

Tədbirin sonunda "Cümhuriyyət - anılar və anlar" kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanacaq.