Azedu.az

Azərbaycanın qızlardan ibarət millisi Estoniyaya qalib gəlib

AzEdu Təhsil Platforması

8 Avqust 2026, 13:48
Azərbaycanın qızlardan ibarət millisi Estoniyaya qalib gəlib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

AzEdu.az xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.

Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.

Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi
Son xəbərlərDaha çox