Azedu.az

Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür

AzEdu Təhsil Platforması

8 Avqust 2026, 10:35
Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür

Bugün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

AzEdu.az xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.

1993-cü ildə doğma kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.

1996-cı ildə ailəsi Rusiyaya köçüb. Hökumə Əliyeva bir müddət Volqoqrad vilayətində yaşayıb, birinci sinifdən altıncı sinfədək şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailə Gəncəyə köçüb və o, təhsilini burada davam etdirib.

Gəncə şəhərində V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirən Hökumə Əliyeva qəbul imtahanında 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O, sonrakı illərdə təhsilini magistratura və doktorantura pillələrində davam etdirib.

Hökumə Əliyeva 2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) əmək fəaliyyətinə başlayıb. Əvvəlcə tərcüməçi kimi çalışan Hökumə daha sonra təyyarə bələdçisi kimi fəaliyyət göstərib.

O, 2024-cü ilin dekabrında AZAL-a məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini həyata keçirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.

Faciənin ən ağır anlarında belə sərnişinləri sakitləşdirməyə çalışan Hökumə Əliyeva son dəqiqələrdə səsləndirdiyi “Hər şey yaxşı olacaq” sözləri ilə yaddaşlarda qalıb.

Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi
Son xəbərlərDaha çox