Azedu.az

Ayın görünməyən tərəfi ilə bağlı yeni məlumatlar açıqlandı

AzEdu Təhsil Platforması

7 Avqust 2026, 08:51
Ayın görünməyən tərəfi ilə bağlı yeni məlumatlar açıqlandı

Çin alimləri Ayın 1:5 000 000 miqyasında yeni geoloji xəritəsini hazırlayıblar. Xəritənin uzunluğu təxminən üç metr, eni isə bir metrdən bir qədər çoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Xəritədə 13 min krater, 81 hövzə, 14 geoloji struktur tipi və 17 növ dağ süxuru göstərilib. Həmçinin Ayın Şimal və Cənub qütbləri üçün xüsusi əlavələr hazırlanıb. Xəritə Çinin Ay proqramı çərçivəsində toplanmış məlumatlar əsasında tərtib edilib.

Alimlər Ayın geoloji tarixini daha dəqiq öyrənərək onun səthindəki mineralların siyahısını yeniləyiblər. Yüksəkdəqiqlikli məlumatlar sayəsində dağ süxurlarının təsnifatı da təkmilləşdirilib.

İnstitutun direktoru Yan Çjimin bildirib ki, yeni xəritə gələcəkdə Ayda elmi stansiyanın tikintisi və kosmik aparatların eniş yerlərinin seçilməsi üçün mühüm elmi baza olacaq. Onun sözlərinə görə, bu xəritə həm də Günəş sisteminin təkamülünün öyrənilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, 2025-ci ilin yazında "Çanye-6" missiyası Ayın görünməyən tərəfindən Yerə torpaq nümunələri gətirib. Hazırda 2026-cı ilin sonuna planlaşdırılan "Çanye-7" missiyası üçün hazırlıqlar aparılır. Bu missiyanın əsas məqsədi Ayın Cənub qütbündə buz və digər faydalı resursların araşdırılmasıdır.

Bununla yanaşı, Çin 2030-cu ilədək kosmonavtların Aya ilk enişini reallaşdırmağı, həmçinin Beynəlxalq Ay Tədqiqat Stansiyasını qurmağı planlaşdırır. Bu məqsədlə "Çançjen-10" daşıyıcı raketi və "Mençjou" kosmik gəmisi hazırlanır.

TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri
Son xəbərlərDaha çox