Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 14:12:00
Dünya ölkələrində uşaqlara qarşı tətbiq edilən sərt təlimlər – Ac saxlayıb, soyuq havada yatırırlar...  

Dünyanın  müxtəlif ölkələrində fərqli   adətlərin  olduğu kimi, uşaq böyütməyin də müxtəlif üsulları var. 

AzEdu.az Dünyanın müxtəlif  ölkələrində uşaqların necə formalaşması, yetişdirilməsinə aid maraqlı nümunələri təqdim edir:

İtaliyada uşaqlaristədikləri vaxt yatırlar. İtalyan uşaqların  xüsusi bir yuxu rejimi olmur. Onlar istədikləri vaxt yatırlar. Valideynin bu mənada məcburiyyəti qəbuledilməzdi;

Finlandiyada uşaqlar məktəbə 7 yaşında gedirlər, onları  standart testlərdən uzaq şəraitdə böyüdürlər;

Hindistanda uşaqlar valideynləri ilə bir yerdə yatırlar. Onların ən azı 5 yaşına qədər öz otaqları olmur. Uşaqların valideynləri ilə bir yerdə yatmaları onların inkişafında mühüm amil sayılır;

Yaponlar uşaqlara erkən yaşda azadlıq verirlər.Dünyanın ən təhlükəsiz ölkələrindən  olan Yaponiyada 5 yaşındakı bir uşağı belə, metro, yaxud avtobusda tək başına, nəzarətsiz görmək olar. Bununla uşaqlara öz yollarını heç kimsədən asılı olmadan tapmaq öyrədilir.

Fransa uşaqlara zəngin mətbəx təcrübəsini öyrədir. Bu Avropa ölkəsinin özünəməxsus mətbəx mədəniyyəti var. Onlar bundan valideyn kimi də yararlanmaq istəyirlər; Uşaqlar yeməklərin seçilməsi, bişirilməsi prosesində valideynləri ilə birgə iştirak edirlər.

Almaniyada oyuncaqsız zaman metodundan istifadə olunur.

Burada uşaqlar bağçalara 3 yaşından etibarən, göndərilir və demək olar, əksər məktəbəqədər təhsil ocaqlarında  oyuncaqlardan istifadə olunmur. Hətta qutu oyunları, rəsm üçün ləvazimatlar belə yığışdırılır. Bununla uşaqların öz düşüncələrini inkişaf etdirməsinə şərait yaradılır. Onlar hazır oyun və oyuncaqlar yerinə, öz oyunlarını yaradır və biryerdə oynayırlar. Beləliklə, onlarda həm də psixososial bacarıqlarını da inkişaf etdirmiş olurlar.

Koreyada uşaqlara acqalmağı öyrədirlər. Aclığı erkən yaşda  idarə etmək Koreyada  vacib bir bacarıq hesab edilir. Buna görə də uşaqlara aclığın idarə olunması öyrədilir. Uşaqlar bir yerdə yemək üçün bütün ailə üzvlərini gözləməlidirlər. Bundan əlavə, “atışdırmalıq” üçün heçnədən istifadə olunmur.

Vyetnamda körpələrə tualet dərsi verilir.Hələ çağanın cəmi biraylıq vaxtlarından  bu işə başlanılır. Valideynlər uşaqlara bunu fit çalaraq, ya da müxtəlif səslər çıxararaq öyrədirlər. Körpələrə dərslərin belə tez başlamasında əsas məqsəd artıq 9 aylıq olduqları zaman tualet bacarıqlarını mənimsəmiş olmalarıdır. 

Norveçdə uşaqlara açıq havada yatmaq öyrədilir. Uşaqlar 2 həftəlikdən etibarən,  şaxtalı havada belə, açıq havada yatırdılır. Ümumilikdə, Skandinaviya ölkələrində açıq havada vaxt keçirmək geniş yayılıb.

Rəna Nəbi