Azedu.az

Bu gün minlərlə şagird “Son zəng”lə məktəblə vidalaşır

Maraqlı

Şagirdlər

13 İyun 2026, 08:10
Bu gün minlərlə şagird “Son zəng”lə məktəblə vidalaşır

İyunun 13-də məktəb həyətlərində yenə eyni həyəcan yaşanacaq. Bir tərəfdə illər boyu eyni sinif otağını bölüşən məzunların sevinc dolu gülüşləri, digər tərəfdə isə müəllimlərin və valideynlərin kövrək baxışları “Son zəng” gününün unudulmaz mənzərəsini yaradacaq. Bu zəng təkcə dərsin bitdiyini deyil, bir ömrün ən qayğısız səhifəsinin də bağlandığını xəbər verəcək.

Hər ilin sonunda keçirilən “Son zəng” tədbiri məktəblilər üçün sadəcə bayram deyil, həm də uşaqlıqdan gəncliyə aparan yolun rəmzidir. Məzunlar məktəb xatirələri ilə vidalaşır, müəllimlər isə illərlə zəhmət verdikləri şagirdlərini yeni həyata yola salırlar.

Bu gün ölkənin bütün ümumtəhsil müəssisələrində keçiriləcək “Son zəng” tədbirləri ilə 2025-2026-cı tədris ili başa çatacaq.

AzEdu.az-ın məlumatına görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri isə oğlan şagirddir.

Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək. Ümumilikdə 171 nəfər məzun olacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi üzrə 37222 şagird XI sinfi bitirir.

Regionlar üzrə məzun sayı isə belədir:

Şəki-Zaqatala Regional Təhsil İdarəsi - 6167 məzun. Onlardan 3225-i qız, 2942-si oğlandır.

Dağlıq Şirvan Regional Təhsil İdarəsi -  2691 məzun. Onlardan 1239-u qız, 1452-si oğlandır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi - 6813 məzun. Bunların 3402-si qız, 3411-i oğlandır.

Mil-Muğan Regional Təhsil İdarəsi -  4841 məzun. Onlardan 2230-u qız, 2611-i oğlandır.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi - 3883 məzun. Bunların 1799-u qız, 2084-ü oğlandır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi - 14924 məzun. Qız və oğlanlar üzrə bölgü təqdim edilməyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi -  IX sinif üzrə 11997 məzun. Onlardan 5551-i qız, 6446-sı oğlandır. XI sinif üzrə isə 8235 məzun var. Bunların 3800-ü qız, 4435-i oğlandır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi - 5935 məzun. Onlardan 2982-si qız, 2953-ü oğlandır.

Abşeron-Xızı Regional Təhsil İdarəsi - tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümumilikdə 51741 şagird təhsil pilləsini uğurla başa vurur.

2025-2026-cı tədris ili üzrə birinci sinfi bitirən şagirdlərin ümumi sayı isə 131 390 nəfər təşkil edir.

Onlardan 61 211 nəfəri qız, 70 179 nəfəri isə oğlandır.

Sadıkovla bağlı şok sirlər ÜZƏ ÇIXDI-Əsgərləri qırğına belə göndərib
Son xəbərlərDaha çox