Azedu.az

DİM imtahan tarixlərində dəyişiklik edib

Dövlət İmtahan Mərkəzi

22 May 2026, 10:32
DİM imtahan tarixlərində dəyişiklik edib

Pearson VUE” təşkilatının kompüter əsaslı rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi vətəndaş müraciətlərini nəzərə alaraq “Pearson VUE” təşkilatının razılığı əsasında 3, 10 və 20 iyun tarixlərini imtahan təqviminə əlavə edib.

AzEdu.az xəbər verir ki, qeydiyyat prosesi “Pearson VUE” təşkilatı tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək üçün Pearson VUE rəsmi saytı vasitəsilə hesab yaratmaq lazımdır. Daha sonra imtahan veriləcək proqram seçilərək şəxsi kabinetə daxil olmaqla qeydiyyat tamamlanır.

Qeydiyyat zamanı imtahan mərkəzi olaraq “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzi seçildikdən sonra DİM-də mövcud olan imtahan tarixləri və digər məlumatlarla tanış olmaq mümkündür.

Əlavə olaraq bildiririk ki, Project Management Institute PMP imtahanının formatı 9 iyul 2026-cı il tarixindən etibarən dəyişəcək.

Peasron VUE imtahanlar haqqında ətraflı məlumat əldə etmək üçün DİM-in saytında keçid edə bilərsiniz //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/pearson-vue

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox