Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 11:13:00
Kafesi və fərdi otaqları olan kitabxanalar,  Orta əsrlərin incisi– Nəhəng universitet  tələbənin diliylə  

“Estoniyanın Tartu Universitetində hər fakültənin öz kitabxanası var.  Kitabxanalarda kafe, qarderob, kompüter  eləcə də tələbələrin  qrup və fərdi şəkildə dərs oxuya biləcəyi otaqlar da var”.

Bunu AzEdu.az-a müsahibəsində  Estoniyada oxuyan gənc  soydaşımız  Hökümə Məmmədzadə deyir.

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Bu dəfə də Estoniyanın Tartu Universitetində təhsil alan Hökümə Məmmədzadə universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Hökümə Məmmədzadə hazırda Tartu Universitetində biznesin təşkili və idarəedilməsi ixtisasının bakalavr pilləsi üzrə təhsil alır.

Öncə, universiteti haqqında ümumi məlumat:

Tartu Universiteti Estoniyanın ən qədim ali təhsil ocağıdır. Universitet  1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılıb. Ali təhsil müəssisəsinin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var. Tartu Universiteti  İEO Avropa və Mərkəzi Asiya ölkələri arasında  üç ən yaxşı ali məktəblərdən biridir.

Yaxşısı budur, universitet haqqında Hökümə özü bizə məlumat versin:

“Tartu Universiteti Şərq regionunda üçüncü, Baltik sahili ölkələrdə isə ən yaxşı ali təhsil müəssisəsidir”-deyən Hökümə universiteti haqqında bəh-bəhlə danışır:

“Tartu Universiteti dünyaca məşhur bir çox ali təhsil müəssisələrlə əməkdaşlıq edir: Helsinki Universiteti, Moskva Dövlət Universiteti, Tsinghua Universiteti, Melburn Universiteti, Uppsala Universiteti, Lund Universiteti, Hokkaydo Universiteti və s. Qloballaşma universitetin şəffaf planın vacib bir hissəsidir. Universitetin elm adamları “Samsung”, “Philips”, “Mercedes-Benz” və “Lmmono Qure” kimi qlobal  şirkətlərlə tədqiqat  aparırlar. Burada tələbələr müxtəlif proqram mübadiləsi (Erasmus+, ISEP, AEN və s.) vasitəsilə xaricdə təhsil almaq imkanı əldə edirlər. Universitet bir çox nüfuzlu beynəlxalq şəbəkələrin üzvüdür”.

Hökümə bildirib ki, TartuUniversitetində təhsil alanların  10%-ni  88 ölkədən gələn əcnəbi tələbələr təşkil edir: 

“Tartu Universitetinin  təhsil proqramlarında 48 mindən çox tələbə və müəllimlər iştirak edir. 2017-ci ilin statistikasına görə  13 minə yaxın tələbə burada təhsil alır. Tartu Universitetində daha çox Rusiya, Latviya və Azərbaycandan gələn tələbələr üstünlük təşkil edir. 

Universitet İT sahəsində öz tələbələrini çoxlu təqaüd  proqramlarına və layihələrə cəlb edir. Ümumiyyətlə, Tartu Universitetində  tələbələr daha çox “Startap”lara, proqramlaşdırma ilə əlaqədar layihələrə cəlb olunur. Ali təhsil müəssisəsində hər fakültənin öz kitabxanası var.  Universitetin kitabxanalarında lazımi dərslikləri rahatlıqla tapmaq mümkündür. Eyni zamanda, Tartu  Universitetində bütün tələbələrə açıq olan böyük, geniş və pulsuz kitabxana var. Kitabxana müasir standartlara uyğun şəkildə dizayn olunub. Kitabxanada kafe, qarderob, kompüter otaqları, qrup və fərdi şəkildə tələbələrin dərs oxuya biləcəyi otaqlar da var. Burada  təhsil haqqı isə fakültəyə görə dəyişir. Universitetdə ortalama təhsil haqqı isə 3500 avro-dur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları