Azedu.az

Dəhşətli yanğında 4 uşaq öldü

Xəbərlər

2 May 2026, 10:29
Dəhşətli yanğında 4 uşaq öldü

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Meqion şəhərinin Vısokiy qəsəbəsində baş verən güclü yanğın nəticəsində 7 nəfər həlak olub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra xilasedicilər hadisə yerində dörd azyaşlının, onların valideynlərinin və nənələrinin meyitlərini aşkar ediblər.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumata görə, yanğının baş verməsinə səbəb soba avadanlıqlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.

(Modern.az)

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox