Azedu.az

Qar, yağış...-Faktiki hava 

Xəbərlər

29 Aprel 2026, 11:50
Qar, yağış...-Faktiki hava 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.

Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.

Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 mm-dir.

Putindən Köçəryanın komandasına TAM DƏSTƏK - "Baş əyirəm" dedi!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox