Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplayıb.
Onlardan biri də Rafiq Vəlizadədir.
AzEdu.az bu münsaibətlə Rafiqlə həmsöhbət olub.
Azərbaycan dili oldu, xüsusilə vaxt baxımından mənə daha çətin gəlmişdi:
“Birinci ixtisas qrupu üzrə, informatika alt qrupu üzrə hazırlaşıram. İmtahanım çətin keçmişdi. Yüksək bal gözləyirdim, amma açıq suallara görə 300 bal olacağına tam əmin deyildim.
Buraxılış imtahanında ən rahat olduğum fənn İngilis dili idi. Ən çətin fənn isə Azərbaycan dili oldu. Xüsusilə vaxt baxımından mənə daha çətin gəldi. Azərbaycan dili fənni bir saatdan çox vaxt aparırdı və bu da məni yorurdu. Gələcək planım əvvəlcə Azərbaycanda təhsil almaq, daha sonra isə magistratura səviyyəsində xaricdə oxumaqdır. Hansı universiteti seçəcəyimlə bağlı isə hələ tam qərar verməmişəm.
Blok imtahanı ilə bağlı dəqiq bal demək hələ tezdir. İmtahana hələ vaxt var və hazırlaşmağa davam edirəm.
9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanları çətinlik baxımından eyni idi. Lakin birinci imtahana girənlər sualları ilk dəfə gördükləri üçün daha çox narazılıq edirdilər. İkinci imtahana girənlər isə artıq əvvəlki imtahan sualları haqqında məlumatlı olduqları üçün onlara nisbətən daha asan gəldi. Buna görə də narazılıq az oldu.
İmtahandan sonra ilk təəssüratımı anamla bölüşdüm. Anam mənə dedi ki, “mən bilirdim ki, 300 bal toplayacaqsan”. Hazırda hansı universiteti seçəcəyimlə bağlı hələ tam qərar verməmişəm. Yəqin ki, nəticəyə görə seçim edəcəyəm".