Azedu.az

Günəşdə güclü partlayışlar qeydə alınıb

Xəbərlər

23 Aprel 2026, 12:56
Günəşdə güclü partlayışlar qeydə alınıb

Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu öz saytında məlumat verib.

"Aprelin 23-də Moskva vaxtı ilə saat 07:35-də (Bakı vaxtı ilə saat 08:35) 4419 günəş ləkəsi qrupunda (N16W58) rentgen diapazonunda 28 dəqiqə davam edən M1.7 sinifli partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bakı vaxtı ilə saat 08:59-da isə 4420 günəş ləkəsi qrupunda (N16E43) rentgen diapazonunda ikinci M1.2 sinifli partlayış baş verib. Onun müddəti 18 dəqiqə təşkil edib.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox