Azedu.az

Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası qəbul edilib

AzEdu Təhsil Platforması

23 Aprel 2026, 08:54
Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası qəbul edilib

15 yaşdan kiçik şəxslər üçün sosial media qadağasını özündə ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

AzEdu.az xəbər verir ki, buna uyğun olaraq, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcəklər.

Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən "nəşrdən məzmunun çıxarılması və girişin bloklanması" ilə bağlı müddəa dəyişdirilib.

Bu düzəlişə əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox