İsveçin mərkəzi hissəsində yerləşən Berlinqe bələdiyyəsində 20-dən çox məktəb mümkün zorakılıq hədələri səbəbindən bağlanıb.
AzEdu.az"Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, naməlum kişi sosial şəbəkələrdə məktəblərin birində atışma törədəcəyi barədə paylaşımlar edib.
"Biz proaktiv hərəkət etmək qərarına gəldik. Vəzifəmiz şagirdlər və əməkdaşlar üçün təhlükəsiz mühit təmin etməkdir. Vəziyyətə aydınlıq gələnə qədər bəzi məktəblər bağlı qalacaq", - deyə region rəhbəri Yorgen Olsson bildirib.
Xəbərdə bildirilir ki, məktəbəqədər müəssisələr, ibtidai, orta və özəl məktəblər, həmçinin böyüklər üçün siniflər bağlanılıb.
Polis bir qrup insana qarşı ağırlaşdırıcı qanunsuz hədələr işi üzrə ilkin istintaqa başlayıb.