Azedu.az

Sinif yoldaşına xəsarət yetirən məktəbli həbs edilib

AzEdu Təhsil Platforması

22 Aprel 2026, 19:41
Sinif yoldaşına xəsarət yetirən məktəbli həbs edilib

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü məktəbli 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox