Rusiyalı həkimlər mədəsində nəhəng tük yumağı aşkarlanan yeniyetmə qızın həyatını xilas ediblər.
AzEdu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeniyetmə qız iştahasızlığından və hər qida qəbulundan sonra mədəsində yaranan davamlı, qeyri-təbii toxluq hissindən şikayətlənib.
Müayinə zamanı həkimlər şokedici mənzərə ilə qarşılaşıblar: uşağın mədəsinin üçdə ikisinin dolaşıq tüklərdən ibarət sıx yumaqla - tibbi dildə "trixobezoar" adlandırılan yad cisimlə dolu olduğu aşkar edilib.
Cərrahlar kiçik kəsik vasitəsilə yad cismi uğurla çıxarıblar. Əməliyyatdan sonra artıq ikinci gün qız reanimasiyadan adi palataya köçürülüb. O, özü su içməyə və qısa müddət sonra normal qidalanmağa başlayıb.
Hazırda vəziyyəti stabil olan xəstə yaxın günlərdə evə buraxılacaq.