Azedu.az

Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA

Məktəblər

21 Aprel 2026, 15:05
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA

18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Məktəbdən AzEdu.az-a verilən məlumata görə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. 

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox