9 mart tarixində keçirilən buraxılış imtahanında üç nəfər maksimum nəticə göstərib.
Onlardan biri də ADA məktəbində təhsil alan Fərəcov Mikayıl Elşən oğludur.
AzEdu.az bu münasibətlə Mikayılla həmsöhbət olub.
O, qeyd edib ki, bu nəticəni gözləyirdim:
“Mən rus dili və riyaziyyat fənləri üzrə imtahan vermişəm və maksimal nəticə - 200 bal toplamışam. İmtahan mənim üçün stresli keçsə də, bu nəticəni gözləyirdim. Hazırda məktəbdəyəm və nəticəni burada gördüm.
Çox sevincliyəm. Sevincimi hələ ailəmlə bölüşməmişəm.
Qeyd etdiyim kimi, ADA Məktəbində təhsil aldığım üçün qəbul imtahanında iştirak etməyəcəyəm. Gələcəkdə isə ADA Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almağı planlaşdırıram".