Azedu.az

Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

Xəbərlər

21 Aprel 2026, 10:41
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

Aprelin 21-də Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü qlobal səviyyədə qeyd olunur.

AzEdu.az xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sisteminə daxildir.

BMT-nin məlumatında bildirilir ki, yaradıcılıq anlayışı iqtisadi, sosial və davamlı inkişaf kontekstində həm bədii ifadəni, həm də problemlərin həllini əhatə edir. Bu səbəbdən insan inkişafının bütün sahələrində yaradıcılıq və innovasiyanın roluna diqqət çəkmək məqsədilə 21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü kimi qeyd olunur.

Yaradıcı sənayelər, o cümlədən audiovizual məhsullar, dizayn, yeni media, ifaçılıq və təsviri sənət - dünya iqtisadiyyatında dinamik və inkişaf edən sahələrdən biridir. Bu sahə həm gəlir yaradılması, həm də iş yerlərinin açılması baxımından əhəmiyyətli rol oynayır.

Mədəniyyət və yaradıcılıq qlobal Ümumi Daxili Məhsulun və məşğulluğun mühüm hissəsini təşkil edir. Bu sektor inkişaf etməkdə olan ölkələr üçün də yeni iqtisadi imkanlar yaradır.

Ölkəmizdə bu istiqamətdə “Kreativ Azərbaycan” virtual platforması fəaliyyət göstərir. Platformanın məqsədi yaradıcı sahədə çalışan şəxsləri bir araya gətirmək və aktual məsələlərin müzakirəsini təşkil etməkdir.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox