Azedu.az

Metroda stansiyalara giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB

Xəbərlər

21 Aprel 2026, 12:46
Metroda stansiyalara giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

AzEdu.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox