Azedu.az

Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Xəbərlər

20 Aprel 2026, 17:28
Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

AzərbaycanIn bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar intensiv xarakterlidir.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 20-si saat 17:00 olan məlumatında qeyd edilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox