Azedu.az

Ucarda yeniyetmə uşaq dünyaya gətirib

Xəbərlər

20 Aprel 2026, 12:43
Ucarda yeniyetmə uşaq dünyaya gətirib

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Azərbaycanın milyardları bu MƏMURLARIN CİBİNDƏ! - ŞOK SİYAHI
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox