Azedu.az

Dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb

AzEdu Təhsil Platforması

20 Aprel 2026, 11:16
Dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox