Azedu.az

“Zəfərə gedən yol”: Aprel şəhidləri ehtiramla anıldı

Xəbərlər

10 Aprel 2026, 10:09
“Zəfərə gedən yol”: Aprel şəhidləri ehtiramla anıldı

Aprelin 9-da "Şəhid Analarına Dəstək" İctimai Birliyinin  təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Şəhidlərimiz dərin ehtiram və qürurla anılıb.

AzEdu.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, şəhid ailələri, qazilər, media nümayəndələri, Texniki Universitetin müəllim və  tələbə heyəti iştirak edib. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovu anası Ceyran xanım Həsənova, millət vəkili Rizvan Nəbiyev, yazıçı, Texniki Universitetin Humanitar elmlər şöbəsinin müdiri Həbib Mirzəyev, aprel şəhidlərinə həsr olunmuş "Qalibiyyət" kitabının müəllifi Aida Eyvazlı, 34 saylı tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə xanım Axundova, Xüsusi təyinatlı qüvvələrin mənsubu, Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçusu Elvin Orucov çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən,şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər.

Çıxış edənlər Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş universitetin 4 məzunu - Əbdülməcid Axundovun, Müşfiq Orucovun, Elvin Mirzəyevin, Mahir Quliyevin və onlarla bərabər şəhid olmuş igidlərimizin qəhrəmanlığının  gənclərimizə bir örnək olduğunu qeyd ediblər.

Tədbir Universitetin yaradıcı  tələbələrinin və məzunlarının ifaları ilə yekunlaşdı. Texniki Universitetdə keçirilən “Zəfərə gedən yol” adlı tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!
Son xəbərlərDaha çox