Azedu.az

Artemis II Yerə enir: ən riskli mərhələ başladı

Xəbərlər

10 Aprel 2026, 09:50
Artemis II Yerə enir: ən riskli mərhələ başladı

Ay missiyasını tamamlayan Artemis II komandası üçün ən riskli mərhələ – Yerə dönüş başlayır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  Astronavtlar saatda 40 min kilometrdən çox sürətlə atmosferə daxil olacaqlar.

Bu zaman kapsulun xarici səthində temperaturun 2 760 dərəcə selsiyə qədər yüksələcəyi gözlənilir.

Missiyanın əsas riski isə istilik qalxanı ilə bağlıdır. 2022-ci ildəki Artemis I uçuşunda bu sistemdə çatlar müşahidə olunmuşdu. Eyni texnologiyanın istifadə olunması riskləri artırır.

NASA bu təhlükəni azaltmaq üçün fərqli atmosferə giriş trayektoriyası seçdiyini açıqlayıb və komandanın təhlükəsiz qayıdacağına ümid edir.

Bununla belə, bəzi mütəxəssislər istilik qalxanındakı problemin tam həll olunmadığını bildirərək narahatlıqlarını ifadə edirlər.

Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!
Son xəbərlərDaha çox