Azedu.az

Çin və IAEA-dan tələbələrə təqaüd imkanı - müraciət başladı

Xəbərlər

7 Aprel 2026, 14:30
Çin və IAEA-dan tələbələrə təqaüd imkanı - müraciət başladı

Çin Xalq Respublikasının Şərqi Çin Texnologiya Universiteti (ECUT) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (IAEA) tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci akademik ili üzrə birgə təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqram magistratura və doktorantura səviyyələri üzrə seçilmiş ixtisasları əhatə edir və iştirakçılara müvafiq sahələr üzrə beynəlxalq təhsil imkanlarından yararlanmaq imkanı təqdim edir.

Təqaüd proqramına müraciət üçün son tarix 15 aprel 2026-cı il müəyyən olunub.

Proqramın şərtləri, qəbul qaydaları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə etmək mümkündür:

//htp.edu.az/.../b9ff6277273c4459bbc44ab73aa8d99c.pdf

TƏCİLİ! Türkiyədə İsrailə görə dəhşətli atışma: Ö*lü və yaralılar var
Son xəbərlərDaha çox