Azedu.az

Azyaşlıların hərəkətə gətirdiyi avtomobil qəzaya səbəb oldu

Hadisə

7 Aprel 2026, 11:28
Azyaşlıların hərəkətə gətirdiyi avtomobil qəzaya səbəb oldu

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub, ölən var.

AzEdu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirib.

Belə ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub.

Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Rusiyadan bu ölkələrə sərt xəbərdarlıq: VURACAĞIQ!
Son xəbərlərDaha çox