Bahar mövsümünün gəlişi ilə uşaqlar arasında allergik xəstəliklərin sayında artım müşahidə olunub.
AzEdu.az Türkiye Gazetesi-nə istinadən xəbər verir ki, bu dövrdə xüsusilə allergik rinit və astma halları daha çox qeydə alınıb.
Mütəxəssislər qeyd edib ki, havada polenlərin çoxalması allergiyaya meyilli uşaqlar üçün ciddi risk yaradır. Onun sözlərinə görə, asqırma, burun axması, göz qaşınması, öskürək və nəfəs darlığı kimi əlamətlər diqqətdən kənarda qalmamalıdır.
Bu simptomların vaxtında aşkarlanması və düzgün müalicə olunması böyük əhəmiyyət daşıyır. Əks halda, sadə allergik reaksiyalar zamanla astmaya çevrilə bilər.
Həkimlər valideynlərə tövsiyə edir ki, polenlərin daha sıx olduğu saatlarda uşaqları açıq havaya çıxarmasınlar, gigiyena qaydalarına riayət etsinlər və uşaqların qidalanmasına xüsusi diqqət yetirsinlər. Zəruri hallarda isə mütləq həkimə müraciət edilməlidir.
Mütəxəssislər hesab edirlər ki, erkən müdaxilə və profilaktik tədbirlər uşaqlarda allergiyanın ağırlaşmasının qarşısını almaqda əsas rol oynayır.