Azedu.az

“Qadağan olunmuş” planet alimləri çaşdırıb

Xəbərlər

7 Aprel 2026, 10:21
“Qadağan olunmuş” planet alimləri çaşdırıb

James Webb Space Telescope tərəfindən aparılan yeni müşahidələr astronomiyada mühüm müzakirələrə səbəb olub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər TOI-5205 b adlı qeyri-adi ekzoplanetin atmosferinin mövcud nəzəriyyələrlə izah edilə bilmədiyini açıqlayıblar.

Yupiter ölçüsündə olan bu nəhəng planet kiçik və sərin qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Müşahidələr göstərir ki, planetin atmosferində ağır elementlərin miqdarı gözləniləndən xeyli azdır. Hətta bu göstərici planetin öz ulduzundakı ağır element səviyyəsindən də aşağıdır. Bu fakt isə nəhəng planetlərin yaranması ilə bağlı indiyədək qəbul olunmuş modellərə ziddir.

Alimlərin fikrincə, mövcud nəzəriyyələrə görə belə planetlər ulduz ətrafında formalaşarkən daha çox ağır element toplamalıdır. Lakin TOI-5205 b bu qaydanı pozur və bu səbəbdən “qadağan olunmuş” planet kimi xarakterizə edilir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf nəhəng planetlərin yaranması və inkişafı ilə bağlı anlayışları köklü şəkildə dəyişə bilər.

Rusiyadan bu ölkələrə sərt xəbərdarlıq: VURACAĞIQ!
Son xəbərlərDaha çox