Azedu.az

Şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib

Xəbərlər

7 Aprel 2026, 09:30
Şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib

Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində respublika fənn müsabiqəsinə hazırlaşan şagirdlərlə olimpiada qalibinin görüşü təşkil edilib.

AzEdu.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Arzuman Qarayev, layihənin eksperti Xeyransa Həsənli, respublika fənn müsabiqəsinə hazırlaşan 21 nəfər şagird iştirak edib.

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyin XI sinif şagirdi Elnur Mirzəli görüş zamanı şagirdlərə ölkə və beynəlxalq olimpiadalarla bağlı ətraflı məlumat verib.

Respublika fənn olimpiadaları və müxtəlif beynəlxalq olimpiadalarda qazandığı uğurlarla bağlı  danışan  Elnur Mirzəli həm də şəxsi təcrübəsini şagirdlərlə bölüşüb.

Qeyd edib ki, respublika fənn müsabiqəsinin qalibləri respublikamızdakı liseylərdə imtahansız oxumaq şansı əldə edirlər.

Olimpiada qalibləri, həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilən ödənişsiz dərslərə qatılmaq, beynəlxalq olimpiadalarda iştirak üçün seçimlərdə iştirak etmək, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq, xarici universitetlərə müraciət etdikdə digər namizədlərdən öndə olmaq şansı əldə edirlər.

Görüş zamanı şagirdlərə, həmçinin olimpiadalara hazırlaşmaq üçün mövcud onlayn resurslarla bağlı məlumat verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Xatırladak ki, Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunan “İstedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsi çərçivəsində fizika, riyaziyyat, biologiya və təbiət fənləri üzrə təşkil olunub. Layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığını təşkil etməkdir.  

Rusiyadan bu ölkələrə sərt xəbərdarlıq: VURACAĞIQ!
Son xəbərlərDaha çox