Azedu.az

Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar

Xəbərlər

6 Aprel 2026, 17:40
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar

Avstraliya İttifaqının Lismore şəhərində yerləşən eyniadlı özəl məktəbdə “Harmoniya Günü” (“Harmony Day”) tədbiri keçirilib.

AzEdu.az Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə məktəbin azərbaycanlı şagirdləri Azərbaycan haqqında geniş məlumat veriblər. Məktəblilər ölkəmizin zəngin tarixi, mədəniyyəti və adət-ənənələri barədə danışıb, milli geyimlərimizi nümayiş etdiriblər.İştirakçıların böyük maraqla qarşıladıqları bu çıxışlar sayəsində məktəbin əcnəbi şagirdləri vətənimizlə daha yaxından tanış olmaq imkanı əldə ediblər.  

Qeyd edək ki, bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

İranda ŞOK İTKİ - Onlar da başsız qaldı
Son xəbərlərDaha çox