Azedu.az

Qəzzada yenidoğulmuşlar üçün kritik böhran

Xəbərlər

6 Aprel 2026, 14:39
Qəzzada yenidoğulmuşlar üçün kritik böhran

Uzunmüddətli hücumlarının davam etdiyi Qəzza zolağında yenidoğulmuş körpələr üçün ciddi humanitar böhran yaşanır.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə vaxtından əvvəl doğulan körpələr üçün zəruri olan uşaq qidasının çatışmazlığı onların həyatını risk altına qoyub.

Son iki ilə yaxın müddətdə davam edən dağıdıcı hücumlar və bölgəyə məhsul girişinin ciddi şəkildə məhdudlaşdırılması Qəzzada həyatın bütün sahələrinə mənfi təsir göstərib. Ən ağır vəziyyət isə səhiyyə sektorunda müşahidə olunur. Tibbi ləvazimat və infrastruktur çatışmazlığı səbəbindən həkimlər xəstələrə vaxtında və yetərli yardım göstərə bilmir.

Uşaq həkimi Əsəd Nəvaciha bildirib ki, son dövrlərdə erkən doğuşların sayı əhəmiyyətli dərəcədə artıb.

Həkim qeyd edib ki, xəstəxanalarda reanimasiya yerlərinin çatışmazlığı səbəbindən bəzən bir küvözə iki və ya üç körpə yerləşdirmək məcburiyyətində qalırlar. Bununla yanaşı, körpələrin qidalanması da ciddi problemə çevrilib. Ana südünün çatışmazlığı və süni qidanın demək olar ki, yox səviyyəsində olması vəziyyəti daha da ağırlaşdırır.

Məlumata görə, İsrail hücumları nəticəsində Qəzzada 72 mindən çox insan həyatını itirib, 172 mindən çoxu isə yaralanıb. Atəşkəsə baxmayaraq, bölgəyə dərman və tibbi ləvazimatların çatdırılmasında məhdudiyyətlər davam edir.

Ukraynaya HÜCUMA KEÇDİ - Bu ərazilər azad edildi
Son xəbərlərDaha çox