Aprelin 6-da "BilBacar" müsabiqəsinin 2025-2026-cı tədris ili üzrə sonuncu – IV “Yarış” mərhələsi başlayıb.
AzEdu.az xəbər verir ki, “Yarış” mərhələsinin hər sessiyası məktəbdə "BilBacar" koordinatorunun nəzarəti və birbaşa iştirakı ilə təşkil olunur. IV “Yarış” mərhələsi 10 dərs günü ərzində (6-10 aprel və13-17 aprel) keçiriləcək. Şagirdlər "BilBacar" hesablarına daxil olaraq yarışda iştirak edə bilərlər.
Bu mərhələ başa çatdıqdan sonra şagirdlərin bütün müsabiqə üzrə topladıqları ballar hesablanacaq və 3-cü sinif üzrə 150 nəfər, 4-cü sinif üzrə 150 nəfər şagird finala vəsiqə qazanacaq. Qaliblər və final mərhələsi barədə ətraflı məlumat növbəti həftələrdə elan olunacaq.
Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticəçıxarma bacarıqlarını inkişaf etdirmək, mütaliəni təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.