Azedu.az

Qəbul balları enəcək? - Bu ilin imtahanları ilə bağlı PROQNOZ

Xəbərlər

6 Aprel 2026, 12:08
Qəbul balları enəcək? - Bu ilin imtahanları ilə bağlı PROQNOZ

Bu il ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı gözləntilər ötən illə müqayisədə daha zəif qiymətləndirilir. Bunun əsas səbəblərindən biri kimi ötən il qəbul ballarının yüksəlməsi göstərilir.

Bundan əlavə, bu il buraxılış imtahanlarının çətin keçdiyi iddia olunur. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə bu il ali məktəblərə qəbul olunanların sayında müəyyən azalma ehtimal edilir.

Maraqlıdır, bu fikirlər nə dərəcədə reallığı əks etdirir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

O bildirib ki, bu il abituriyentlərin universitetlərə qəbul şansı nisbətən zəifləyə bilər:

“Bu il qəbul imtahanlarında nəticələrin müəyyən qədər aşağı olması və imtahanların çətin şəraitdə keçirilməsi istər-istəməz ballara təsir edəcək və qəbul prosesində də müəyyən çətinliklər yarada bilər. Bu çətinliklər abituriyentlərin universitetlərə qəbul şansının nisbətən zəifləməsi ilə özünü göstərə bilər. Lakin “zəif olacaq” deməkdənsə, bunu balların hansı səviyyəyə qədər azalacağı kimi qiymətləndirmək daha düzgündür.

Hələ ki, balların konkret neçə olacağı barədə qəti fikir söyləmək mümkün deyil. Çünki blok imtahanları hələ keçirilməyib və bu mərhələ olmadan əvvəlcədən dəqiq proqnoz vermək doğru olmaz.

Hazırda səsləndirilən fikirlər daha çox fərziyyə xarakteri daşıyır. Ümumilikdə müşahidələr göstərir ki, blok imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayının az olması və nəticələrin nisbətən aşağı olması ehtimalı, xüsusilə yüksək bal tələb edən ixtisaslarda keçid ballarının azalmasına səbəb ola bilər.

Aşağı və orta bal tələb edən ixtisaslarda isə ciddi azalma gözlənilmir. Çünki ballar aşağı olduqda rəqabət daha çox bu ixtisaslar arasında gedir. Xüsusilə 250-450 bal aralığında yerləşən ixtisaslarda rəqabət daha güclü olur. Yüksək bal tələb edən ixtisaslarda isə aşağı bal toplayan abituriyentlərin sayı daha çox olduğundan rəqabət nisbətən zəif olur.

Sonda qeyd edim ki, daha real və dəqiq nəticələri yalnız blok imtahanları keçirildikdən sonra demək mümkün olacaq. Hazırda deyilən bütün fikirlər ümumi analiz xarakteri daşıyır".

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox