Azedu.az

12 yaşlı uşağın oyunu faciə ilə nəticələndi

AzEdu Təhsil Platforması

6 Aprel 2026, 09:20
12 yaşlı uşağın oyunu faciə ilə nəticələndi

Türkiyənin Zonguldak vilayətinin Alaplı rayonunda 12 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Emircan Karaman adlı uşaq dostları ilə birlikdə yağış sularının yığılıb gölə çevrildiyi ərazidə oynayarkən ayağı sürüşərək suya düşüb və palçığa batıb.

Əraziyə təcili tibbi yardım, jandarma, yanğınsöndürmə və axtarış-xilasetmə qrupları cəlb olunub.

Aparılan bir saatlıq axtarışlardan sonra Emircan Karamanın meyiti sudan çıxarılıb.

Alaplı Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinin rəisi Sinan Taşkın bildirib ki, bu kimi hadisələrin qarşısını almaq üçün ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox