Sankt-Peterburqdan olan qadın Rusiyada ilk dəfə olaraq bir yumurtadan yaranan dördəm dünyaya gətirib.
AzEdu.az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, belə hal təxminən hər 15.5 milyon doğuşdan bir baş verir. Doğulan körpələrin hamısı bir-birindən seçilməyən qızlardır.
Məlumata görə, yeni doğulanların çəkisi 1 360-dan 1 640 qrama qədər, boyları isə 37-41 sm arasındadır. Hazırda onlar həkim nəzarəti altındadır.
Ümumilikdə dünyada təxminən 15 belə eyni dördəm qeydə alınıb və onların 10-u qızdır.