Azedu.az

11 mindən çox yeni asteroid aşkar edilib

Xəbərlər

5 Aprel 2026, 12:43
11 mindən çox yeni asteroid aşkar edilib

Alimlər kosmosun öyrənilməsi istiqamətində mühüm uğura imza ataraq 11 mindən çox yeni asteroid aşkar ediblər. 

AzEdu.az xarici KİV-ə istinadla xəbər verir ki, kəşf müasir teleskop sistemləri və genişmiqyaslı müşahidə proqramları çərçivəsində həyata keçirilib.

Tədqiqatçılar bildirirlər ki, aşkar edilən obyektlərin bir qismi Yerə yaxın asteroidlər kateqoriyasına daxildir. Bu isə onların hərəkət trayektoriyasının izlənməsi və potensial risklərin əvvəlcədən qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mütəxəssislərin sözlərinə görə, yeni asteroidlərin müəyyən edilməsi Günəş sisteminin formalaşması və inkişaf mərhələlərinin daha dərindən öyrənilməsinə imkan yaradır. Eyni zamanda, bu cür kəşflər gələcəkdə mümkün kosmik təhlükələrin qarşısının alınması üçün vacib məlumat bazasının genişlənməsinə xidmət edir.

Qeyd edək ki, alimlər müşahidələri davam etdirərək növbəti illərdə daha çox kosmik cismin aşkarlanacağını istisna etmirlər.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox