Azedu.az

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq

Xəbərlər

3 Aprel 2026, 17:05
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.

AzEdu.az-a bu barədə AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:

"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".

N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:

"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".
( mənbə-Report)

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox