Azedu.az

Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib

Xəbərlər

3 Aprel 2026, 13:34
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib
"Son 20 il ərzində Azərbaycanda təhsil sistemində genişmiqyaslı infrastruktur işləri həyata keçirilib."

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda media nümayəndələri üçün keçirilən brifinqdə səsləndirib.

Nazir müavini bildirib ki, bu müddət ərzində 3600-dən çox məktəb binası əsaslı təmir olunub və ya yenidən tikilib. Onun sözlərinə görə, 2020-ci ildə ölkədə 900-dən bir qədər çox şəraitsiz məktəb mövcud idi.

"Son 5-6 il ərzində bu rəqəm təxminən 400-ə qədər azaldılıb. Qarşıya qoyulan əsas hədəf isə 2030-cu ilə qədər ölkədə şəraitsiz məktəblərin tamamilə aradan qaldırılmasıdır.

Son 10 ildə həm ali, həm də peşə təhsili üzrə qəbul göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Hazırda bakalavr səviyyəsi üzrə 60 mindən çox, magistratura üzrə isə 15 mindən artıq plan yeri mövcuddur".

Nazir müavini vurğulayıb ki, peşə təhsilinin əsas məqsədi əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir.

Putindən Zelenskiyə ULTİMATUM: Bu əraziləri mənə ver və təslim ol!
Son xəbərlərDaha çox