Aprelin 2-də axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub.
AzEdu.az xəbər verir ki, məktəbdən verilən məlumata görə, hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb. Təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur.
Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
